Gəncədə yol qəzası olub.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza zamanı 1992-ci il təvəllüdlü A.Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.(NOCOMMENT)