EN

Vərəm uşaqlarda hansı yaşda daha təhlüklidir?

Bakı. Trend:

“Uşaqlar vərəmə yoluxa bilər. Belə ki, onlar vərəmmikobakteriyasını (Mycobacterium tuberculosis) hava-damcı yolu iləqəbul edirlər, yəni, xəstə böyüklə eyni evdə, otaqda, uzunmüddətlitəmas zamanı bu risk mümkündür”.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”hesabında keçirilən canlı yayım zamanı Səhiyyə NazirliyiElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradəAxundova açıqlayıb.
Onun sözlərinə görə, uşaqlarda infeksiya orqanizmə düşdükdə, immunsistemi hələ tam formalaşmadığı üçün bakteriya tez aktivləşir vəyayılmış forma yarada bilər:

“0-5 yaş səviyyəsində olan uşaqlar vərəmə yoluxma üçün daharisklidir. Bu yaşda immun sistemi tam formalaşmayıb, bakteriya tezyayılır. 5-10 yaş səviyyəsində olan vərəmə yoluxma üçün orta riskdəhesab olunur. Bu yaşda yoluxma ola bilər, amma xəstəliyin aktivformaya keçmə ehtimalı azdır.

11-18 yaş səviyyəsində olan vərəmə yoluxma üçün yüksək riskdəolanlar sayılırlar. Bu yaşda hormonal dəyişikliklər və immunsistemin qeyri-sabitliyi səbəbilə latent vərəm (yoluxma) olduğuhalda aktivləşə bilər. Yəni, ən təhlükəli dövr — 5 yaşadəkuşaqlardır, xüsusilə 1–3 yaş arası olanlar. Bu yaşda vərəm mənşəlimeningit və ya generalizə olunmuş vərəm formaları yarana bilər.Buna görə də uşaqlara xüsusi diqqət olmalıdır”.

Direktor bildirib ki, valideynlər uşaqlarda vərəmin əlamətləribarədə məlumatlı olmaları tövsiyə olunur:
“Uşaqlarda simptomlar çox vaxt tipik deyil, buna görə xəstəliyingizli getməsi mümkündür. Aşağıdakılar həyəcan siqnalı ola bilər:uzun müddət davam edən, sönük öskürək (bəzən quru), qızdırma,xüsusilə axşamlar (37–38°C), gecə tərləməsi, arıqlama vəiştahasızlıq, zəiflik, halsızlıq, dərsə marağın azalması, limfadüyünlərinin böyüməsi (boyun, qoltuqaltı, qasıq nahiyəsində), kiçikuşaqlarda inkişafdan qalma, səbəbsiz ağlama və narahatlıq”.

İ.Axundova, həmçinin uşaqları vərəm xəstəliyindən qorumaq üçünən əsas profilaktik tədbirlər barədə məlumat verib:

“BCG peyvəndi — doğuşdan sonra ilk 3 gün ərzində vurulmalıdır.Əks göstəriş olduğu halda uşağın 1 yaşına qədər vurula bilər. Bupeyvənd uşaqları ağır vərəm formalarından qoruyur. Vərəmli şəxslətəmasda olan uşaqların mütləq yoxlanılması vacibdir. Onlara Mantuvə ya Diaskin test, eləcə də flüoroqrafiya /rentgen (yaşdan asılıolaraq) aparılır. Əgər uşaq yoluxub, amma xəstələnməyibsə (latentVərəm infeksiyası), həkim tərəfindən profilaktik müalicə təyinedilir. Eyni zamanda, düzgün qidalanma və immunitetingücləndirilməsi, zülal, vitaminlər, təmiz hava, fiziki aktivlikvacib məqamlardan biridir”.

Chosen
37
3
az.trend.az

5Sources