EN

Xarkovda uşaq bağçasına dron hücumü – Ölənlər və yaralananlar var


Ukraynannın Xarkov şəhərində uşaq bağçası Rusiyanın dron hücumuna məruz qalıb.
Yeniavaz.com
Ukrayna KİV-ə istinadla xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat yayıb.
“Xolodnoqorsk rayonunda uşaq bağçası vurulub. Zərbənin baş verdiyi yerdə yanğın olub”, - Terekhov bildirib.
O, uşaqların bağçadan təxliyə edildiyini və yanğının davam etdiyini əlavə edib.
Xarkov meri uşaq bağçasına hücum nəticəsində 1 nəfərin öldüyünü, 7 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, həkimlər onlara hər cür köməklik göstərirlər.
Xarkov Vilayət Hərbi Administrasiyasını rəhəbri Oleq Siqequbov Xarkovda dron hücumu nəticəsində 40 yaşlı kişinin həlak olduğunu bildirib.
O, həmçinin yaralanan bir qadının ağır vəziyyətdə olduğunu qeyd edib.
 “Uşaq bağçasının pilotsuz təyyarə ilə vurulmasına heç bir əsas yoxdur və ola da bilməz”, - Sinequbov əlavə edib.
İlkin məlumata görə, yaralıların çoxu kəskin stress reaksiyasından əziyyət çəkir.





Chosen
73
1
yeniavaz.com

2Sources