EN

Tısbağalar sevişən bu sahildə... Rasim Qaracanın yeni şeirləri

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az Rasim Qaracanın yeni şeirlərini təqdim edir.qız elə beləcə də dedi:

“bir qram da üşümürəm” –

nə qədər güclü olur insan

üşüməsi qramla ölçülən

bir canlıyla yanaşı addımlarkən***qumlardan öyrənəcəyim çоx şеy var,

məsələn,

ayaq izlərini saxlamaq***nə qədər böyüklük var bu ağacda

biri gəlib baltalasa,

səsini çıxarmayacaq...***bir-birinə bənzəyir ölümdən sonrakı illər***iki kölgə pıçıldaşır:

“deyirlər ki, günəş…”***dəmir yoluyla addımlayırıq,

qatarın fitini eşidib sən sağa, mənsə sola ayrılırıq

mazut daşıyan bir yük qatarı deyildi sanki

zaman özü idi aramızdan axan

qatar keçib getdi və

baxdım ki, sən artıq yoxsan... ***yola düşüb gedirsən

corabsız ayaqqabı geymənin verdiyi azadlıq

havası var başında

üçtəkər arabasıyla qarşına çıxan balaca

oğlanın üzündəki xoşbəxt təbəssüm də

güc verir sənə...

eh, məgər bir yol tapmazmı insan

geriyə dönməyəcəyini bildiyi zaman... ***– nədir axı mənası yaşamanın,

ölümdən sonra da varmıdır həyat?

– soruşdu əzilmiş tənəkə Limonad Bankası.

cavab gəlmədi,

öz aləmindəydi boş Pivə Butulkası

seyr edirdi küləyin sovurduğu

rəngli Dondurma Kağızlarını...***bilirəm, səndən ayrılacam

bilirəm, əbədidir bu ayrılıq

bilirəm, geriyə dönüşü yoxdur onun

inanıram, səndən ayrılmayacam

inanıram, əbədi deyil bu ayrılıq

inanıram, görüşəcəyik bir gün***dünən axşam burada

tısbağalar sevişən bu sahildə

həyat necə maraqlıydı –

nə qədər güldük onların ıh-ıh səslərinə

şəkillərini çəkdik,

paylaşdıq...

indi harasa yox olublar,

deyəsən özləriylə aparıblar

bizim də sevincimizi

və sevgimizi***əl-ələ tutub taxta körpüdən keçdik,

sonra ot basmış dar cığırla addımlayıb

gölün sahilinə endik

birlikdə dayanıb batan günəşə,

göldə yatan camışlara baxdıq

tənha qurbağanın səsini dinlədik –

o an ağlıma gəldi

bəlkə də insan təkbaşına dərk edə bilməz həyatı

əl-ələ tutduğun birisi olmadan...Əşyalar silsiləsiSissabahın ala-toranında

sis bürüyüb hər tərəfi

oraya

sisin görünməz etdiyi uzaqlara

yol alıb insanlar

onlar zamanın da içində

elə bu sayaq

əriyib yox olacaqlarHörümçək

Isəssiz-səmirsiz enir əllərimə

oğrular elə bu sayaq

kəndirlə sallaşıb evlərə girər

gecə lampasının işığında yol alır çiyinlərimə doğru

burada

qulaqlarımın içində

zəncirlərə vurulub sevgilisi

qırx qapı arxasındaIIhördüyü tor

vurduğu ilmələr

bu, incə-mincə sənət

əsla boğaz dərdi deyil

hörümçəyə nə var

yüz il də yeməsə, eyninə gəlməz

təkcə bir azarı var

qarnının tək bir ağrısı

bu 40 günlük ömürdə

bir sevgili tutmaqDaş daşların yanından

səssizcə ötüb keçdim

onların min illik ibadətini pozmadanZürafəbizim yaşadığımız bu qarışıq dünyada

uzaq Afrikada

qızmar savannalarda

öz sakit həyatını sürdürər zürafələr

sən demə, yer üzündə

beləcə arın-arxayın yaşamaq olarHeyvapiştaxtanın üstündə

əsgərlik həyatına döyükən

başı qırxıq kənd uşaqları kimi

sıraya düzülüb heyvalar

sanki dil açıb deyəcəklər

hanı bizim

budaqdan-budağa atıldığımız günlərÜtüqız bədəninə bənzər

necə də incə-mincə düzəldilib bu ütü

evdəki dava-dalaşı unudub artıq

indi ayağa qalxacaq

sakitcə

heç bir şey olmayıbmış kimi

pəncərədən düşən

günəş zolaqlarını ütüləyəcəkMeşəmeşədən keçir yolumuz

bir an avtobusu saxladıb aşağı enir yolçular

kimi siqaret çəkir

kimi ağacların arxasına keçib çişini yapır

özü də belə yerdə murdarlamaq üçün ən

qocaman ağacı seçirlər

bir azdan yola düşüb uzaqlaşırıq

ağaclar arxamızca baxıb

başlarını bulayırMinagecə yarısı

minaya düşmüş insanın bağırtısına diksinib

torpağın üstünə çıxır böcüklər

insanların əməlinə çaşqın-çaşqın

sağa-sola döyükürlərBıçaqsəsimi içimə qısıb

əlimi kəsmiş bıçağa mat-mat baxıram

insan olsaydı, sözünü geri götürdər

başına da bir qapaz ilişdirərdim

ancaq o

heç bir yanlışı bağışlamayan bumbuz parıltısıyla

büdrəsən, yenə kəsəcəm deyir sanki

üzündə soyuq gülümsəməCamışbalıq ovu təkcə balıq ovu deyil ki

bunlar bəhanədir

əsas məsələ

benzin qoxusu

motosiklet tırıltısı

küləkli hava

bir də

kəndin girəcəyində yolu kəsmiş camışlardırKülqabıbu səfər

içinə kül tökmədim

tum qabığı atmadım

bu səfər

qırılmış muncuq dənələrini toplayıb

qoydum külqabına

qaranlıqda işıl-işıl muncuqlar

"Hətta təlaşlı günlərimdə sevinirəm..." - Luiza Qlükün poetik sədaqəti

"Kiss" qrupunun məşhur solisti vəfat edib

Bədii qiraət müsabiqəsi elan edilir

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
62
kulis.az

1Sources