EN

Zelenski: “Putinin bunu dəstəkləyəcəyinə əmin olmadığımı Trampa dedim” – VİDEO

“Tramp olduğumuz yerdə (döyüş meydanında) qalmağı və danışıqlara başlamağı təklif etdi. Bu, pis kompromis deyil, amma mən prezidentə dedim ki, Putinin bunu dəstəkləyəcəyinə əmin deyiləm”.

NOCOMMENT.az “Новини.Live” nəşrinə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Norveçə səfəri zamanı deyib.

“Müxtəlif mövzularda, çoxlu təfərrüatlarla iki saatdan çox söhbətimiz oldu. Bəli, düşünürəm ki, bilirsiniz, müzakirə etdiyimiz ən vacib detallar özümüzü necə müdafiə etməyimiz, birliyi necə qoruyub saxlamağımız və ABŞ-dən mühüm olan təhlükəsizlik zəmanətləri və Ukraynanın gələcəyi üçün təhlükəsizlik zəmanətləri oldu. İndi biz necə siyasi həll yollarına, yəni sülh danışıqlarına, diplomatik yola keçə bilərik, Putini necə dayandıra bilərik?”, – Zelenski əlavə edib.

Xatirə SADİQ

Chosen
65
nocomment.az

1Sources