EN

Netanyahu Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi ehtimalından danışıb

Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ vitse-prezdenti Ceyms Devid Vens Qəzzanın idarəçiliyi mövzusunda fikir mübadiləsi aparıb.

APA İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bu məsələdə “çox yaxşı ideyalar”ın olduğunu deyib.

“Biz Qəzzanı kimin idarə edəcəyini, təhlükəsizliyi kimin təmin edəcəyini müzakirə etdik və bəzi çox yaxşı ideyalar var. Bu, asan olmayacaq, amma düşünürəm ki, mümkündür”, - Netanyahu bildirib.

Türkiyə hərbi birləşmələrinin Qəzzada yerləşdirilmə ehtimalı haqqında suala cavab verən Netanyahu İsrailin bu mövzuda tək qərar verməyəcəyini bəyan edib .

“Mənim bu məsələdə çox qətiyyətli fikirlərim var”, - Netanyahu vurğulayıb.

ABŞ vitse-prezidenti Qəzzadakı sülh razılaşmasının düzgün şəkildə icra olunacağı təqdirdə, dünyadakı bütün sülh razılaşmaları üçün bir model olacağını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
11
sherg.az

10Sources