EN

MDB İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 35-ci yubiley iclası keçirilib (FOTO)

Bakı. Trend:

Oktyabrın 21-də Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi(MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının ƏlaqələndirməŞurasının (BPƏŞ) 35-ci yubiley iclası keçirilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, MDB prokurorluq orqanlarının rəhbər şəxsərininiştirak etdiyi iclasda ölkəmizi Azərbaycan Respublikasının Başprokurorun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi,Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, AzərbaycanRespublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə böyükköməkçisi Teymur Qarayev, Kriminalistika və İnformasiyatexnologiyaları idarəsinin rəisi Talıb Cəfərov və Beynəlxalq hüquqiəməkdaşlıq idarəsinin rəis müavini Babək Zakirzadədən ibarətnümayəndə heyəti təmsil edib.

Baş prokurorunun birinci müavini tədbirdə “AzərbaycanRespublikasında ekoloji təhlükəsizliyin təmin olunmasındaprokurroluğun rolu: təcrübə və prioritetlər” mövzusunda çıxışedib.

Vurğulanıb ki, Prezident İlham Əliyev tərəfindən ümummilli liderHeydər Əliyevin bütün sahələrdə olduğu kimi ekoloji təhlükəsizliyinqorunması və möhkəmləndirilməsinə dair siyasəti də uğurla davametdirirlərək bu sahə beynəlxalq səviyyəyə qaldırılıb. COP29-unBakıda keçirilməsinin Azərbaycanın qlobal ekoloji proseslərdə fəalrolunu nümayiş etdirməsi də çıxışda qeyd olunub.

Həmçinin, çıxış zamanı Baş Prokurorluq tərəfindən yaradılmışECOLEAD platformasının ekoloji cinayətlərlə mübarizə və təbiətəvurulan ziyanın bərpasındakı rolundan bəhs olunub.

Bundan başqa, tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyi(MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının ƏlaqələndirməŞurasının (BPƏŞ) 35-ci yubiley iclasında iştirak edən nümayəndəheyətlərinin rəhbərləri Tacikistan Respublikasının prezidentiEmomali Rahmon tərəfindən qəbul edilib.

Səfər zamanı Elçin Məmmədovla Tacikistanın Baş prokuroruHabibullo Vohidzoda ilə görüşüb.

Görüşdə Azərbaycan və Tacikistan arasında dostluq və qarşılıqlıetimada əsaslanan münasibətlərin tarixi köklərə və ümumi dəyərlərəsöykənməsi qeyd olunub.

Bundan əlavə, nümayəndə heyətinin üzvü Babək Zakirzadə səfərçərçivəsində Tacikistan Slavyan universitetinin Hüquq fakültəsinintələbələrinə “ Azərbaycan Prokurorluğu: Konstitusion statusu vəfəaliyyət istiqamətləri” mövzusunda mühazirə deyib.

Mühazirədə tələbələrə Azərbaycan Prokurorluğunun tarixi,konstitusion statusu və müasir fəaliyyəti barədə məlumatverilib.

MDB
MDB
MDB
MDB
Məqalədə:
Chosen
59
5
az.trend.az

6Sources