İngiltərə millisinin və "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson ölkəsinin 3 nəhəng klubunun transfer siyahısındadır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Mirror Football" yayıb.
Xəbərə görə, 22 yaşlı futbolçunun xidmətində "Mançester Yunayted", "Mançester Siti" və "Çelsi" maraqlıdır. Mənbə "meşəbəyilər"in Andersonu satmaq istəmədiyini, buna rəğmən, böyük klubların onu sıralarına qatmaq istiqamətində fəaliyyəti davam etdirdiklərini vurğulayıb.
Qeyd edək ki, Elliot bu mövsüm "Forest"in forması ilə 10 matça çıxaraq 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat