EN

Gülayə Səfərova: “Şuşa və Xankəndidə keçirilən tədbirlər həyatımın ən unudulmaz səhifələrindən biridir”

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində "QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı"nın və Xankəndidə keçirdiyi "Konstitusiya və Suverenlik ili"nə həsr edilmiş Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçısı olmaq mənim üçün ömür səhifəmə yazılan ən xoşbəxt günlərdən biri oldu".

QHT.az xəbər verir ki, bu sözləri “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova bildirib. O əmindir ki, möhtəşəm tədbirlər QHT-lərin inkişafında, nüfuzunun artmasında, dövlət qurumları ilə əlaqələrin və qarşılıqlı münasibətlərin daha da genişlənməsində mühüm rol oynayacaq.

 

Pərvanə Fərhadqızı

Chosen
38
qht.az

1Sources