"Barselona"nın baş məşqçisi Hansi Flik "El Klasiko"da komandasının yanında ola bilməyəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb almaniyalı mütəxəssisin "Jirona" ilə matçda qırmızı vərəqə cəzalanaraq meydandan kənarlaşdırılmasıdır.
Flik buna görə Federasiya tərəfindən 1 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, "Real Madrid" - "Barselona" görüşü oktyabrın 26-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.