EN

Heyvan satışı bazarlarında dezinfeksiya işləri aparılır

Bakı. Trend:

İri və xırdabuynuzlu mal-qaranın təhlükəli infeksionxəstəliklərdən qorunmasını təmin etmək məqsədilə profilaktiktədbirlər davam etdirilir. Bu məqsədlə heyvan satışıməntəqələrində, xüsusilə də mal bazarlarında mexaniki təmizləmə vədezinfeksiya tədbirlərinə başlanılıb.

Trend xəbərverir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı vəBaytarlıq Xidmətləri Mərkəzi ilə Azərbaycan Qida TəhlükəsizliyiAgentliyinin birgə həyata keçirdiyi növbəti tədbir Xaçmaz rayonundayerləşən heyvan satışı bazarında baş tutub.

Bazar ərazisi mexaniki yolla təmizləndikdən sonra AqrarXidmətlər Agentliyinin əməkdaşları xüsusi texnika vasitəsiləərazini tam şəkildə dərmanlayıblar. Profilaktik dezinfeksiyatədbirlərinin keçirilməsində məqsəd heyvan satışı bazarlarındatörədici patogen mikroorqanizmləri məhv etməklə onların törədəbiləcəyi infeksion xəstəliklərin qarşısını əvvəlcədən almaqdır.

Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi və Azərbaycan QidaTəhlükəsizliyi Agentliyinin birgə həyata keçirdiyi tədbirlər planıçərçivəsində bazarlarda dezinfeksiya tədbirləri ölkə üzrə mövcudolan bütün heyvan satışı bazarlarını əhatə edəcək və qısa müddətdəyekunlaşacaq.

Chosen
42
7
az.trend.az

10Sources