EN

Hafiz Həsənovun cinayət işi məhkəmə baxışına verildi

BAKI, 22 oktyabr. TELEQRAF

“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilənşəxs Hafiz Həsənov ona qarşı irəli sürülən ittihamla razılaşmayıb və işə xitam verilməsini ilə bağlı vəsatət verib.

Prokuror vəsatətin təmin edilməməsini, işin baxışa verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edilməyib. Daha sonra iş məhkəmə baxışa verilib.

Məhkəmənin baxış iclası noyabrın 5-də keçiriləcək.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Chosen
53
7
teleqraf.com

4Sources