İsrail Türkiyənin Qəzza zolağında sülh planının bir hissəsi kimi yerləşdirilməsi planlaşdırılan sülhməramlı qüvvələrdə iştirakına qarşıdır.
Yenisabah.az Times of Israel-ə istinadla xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib.
"Heç bir fikir ayrılığı yoxdur. Missiyada Türkiyənin iştirakı olmayacaq", - ofisdən bildiriblər. Dördpendirli pizza
Bundan əvvəl Netanyahunun Misir kəşfiyyatının rəhbəri Həsən Rəşadla görüşü zamanı Türkiyənin Qəzzada planlaşdırılan beynəlxalq sabitləşdirmə qüvvələrində iştirakına qarşı çıxdığı elan olunub.
Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk Türkiyə ordusunun Qəzza zolağında sülhün təmin edilməsi üçün istənilən missiyada iştirak etməyə hazır olduğunu vurğulayıb.
"The Guardian"ın məlumatına görə, Misir sülh planına əsasən, sonradan Qəzza zolağında yerləşdiriləcək beynəlxalq sabitləşdirmə qüvvələrinə başçılıq edəcək. Türkiyə, Azərbaycan və İndoneziya da bu vəzifəyə namizəd sayılır. Kontingentdə Böyük Britaniya və digər Avropa ölkələrindən hərbçilərin iştirakı gözlənilmir.
Telegram kanalımız