EN

Belarus Litva sərhədində avtomobil hərəkəti bərpa olundu

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Vilnüsün sərhəd-keçid məntəqələrini müvəqqəti bağlamasından sonra Belarus–Litva sərhədində nəqliyyatın hərəkəti bərpa edilib.Avtosfer.az xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, oktyabrın 21-dən 22-nə keçən gecə Litva tərəfi Benyakoni–Şalçininkay və Kamennı Log–Medininkay sərhəd-keçid məntəqələrində avtomobillərin keçidini əvvəlcədən xəbərdarlıq etmədən müvəqqəti dayandırıb.Daha sonra Litva nəzarət xidmətləri sərhədin hər iki istiqamətində avtomobillərin buraxılışını bərpa edib.Hazırda Belarus tərəfinin məlumatına görə, keçid məntəqələrində növbələr qismən artıb — 40 minik avtomobili, 1510 yük maşını və 3 avtobus sərhəddən keçmək üçün gözləyir.("Operativ Məlumat Mərkəzi-OMM" )

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
2
avtosfer.az

3Sources