EN

Rusiyanın bu təşkilatı Azərbaycandan 18 faiz, Çindən 14 faiz gömrük rüsumu alır...


Vüqar Bayramov: “...Bəzi hallarda qarşılıqlı tarif siyasətindən istifadə olunur”

Avrasiya İqtisadi Komissiyasının Kollegiyası Azərbaycan və Çin istehsalı olan alüminium lentə tətbiq edilən antidempinq rüsumunu 2026-cı il iyunun 29-dək uzadıb. Tətbiq olunan tədbirin müddəti 23 oktyabr 2025-ci il tarixində başa çatmalı idi.

Bununla belə, Avrasiya İqtisadi Komissiyasının Daxili Bazarın Mühafizəsi Departamentinə şikayət daxil olub və ona baxıldıqdan sonra 30 iyun 2025-ci il tarixində təkrar antidempinq araşdırmasına başlanılıb: "EAEU-nun tənzimləyici bazası mövcud antidempinq tədbirinin tətbiqi müddətinin təkrar araşdırma müddəti üçün uzadılmasını nəzərdə tutur ki, bu da onun başlandığı tarixdən 12 ay ərzində tamamlanmalıdır".

Rüsum dərəcəsi Azərbaycan istehsalı olan alüminium lent üçün gömrük dəyərinin 16,18%-ni, Çin istehsalı olan alüminium lent üçün gömrük dəyərinin 13,14%-ni təşkil edir.

Avrasiya İqtisadi Birliyinin komissiyası Azərbaycan alminiumuna 18 faiz, Çin alminumuna 14 faiz kömrük rüsumu tətbiq edib. Bu ayrıseçkilik nədəndir?

“Bu tariflərin necə yarandığı və bu rəqəmlərin necə müəyyənləşdirildiyini...”

Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə, iqtisadi birliklər və ölkələr bir sıra hallarda fərqli tariflərdən istifadə edirlər. “Burda tariflər müəyyənləşdirilən zaman bəzi hallarda qarşılıqlı tarif siyasətindən istifadə olunur. Hər halda, Avrasiya İqtisadi Birliyi tərəfindən bu tarifin necə müəyyənləşdirildiyini söyləmək çətindir. Amma bununla, təbii ki, əksər birliklər və iri dövlətlər qarşılıqlı tariflərə üstünlük verirlər”.

V.Bayramov qeyd etdi ki, həmin ölkə də hansı tarif tətbiq edirsə, adətən oxşar tariflər də birlik və ölkələr tərəfindən tətbiq olunur.

“Azərbaycanda ƏDV 18 faizdir və Azərbaycana tətbiq edilən tarif də 18 faizdir. Ola bilər bu, ƏDV dərəcəsinə uyğunlaşdırılmış tarifdir. Bütün hallarda bu tariflərin necə yarandığı və bu rəqəmlərin necə müəyyənləşdirildiyini birlik özü daha dəqiq ifadə edə bilər. Böyük ehtimalla, onların özlərinin öz metodologiyası var. Amma sadəcə onu demək olar ki,Azərbaycanda hazırda ƏDV 18 faizdir. Mümkündür ki, ƏDV-yə uyğun olaraq da həmin tarif müəyyənləşdirilib”.

V.Bayramov qeyd etdi ki, bu barədə dəqiq izahatı birliyin özü verə bilər, çünki o tarifi müəyyən edən tərəf məhz həmin qurumdur.

İradə SARIYEVA

Chosen
98
baki-xeber.com

1Sources