EN

Macarıstan Rusiyaya qarşı sanksiya paketinə veto qoymayacaq – Siyarto

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, onun ölkəsi Rusiyaya qarşı 19-cu sanksiya paketinə veto qoymayacaq, çünki qəbul edilən tədbirlər milli maraqlara zidd deyil.

"Unikal" xəbər verir ki, nazir bunu "Bloomberg"ə müsahibəsində bəyan edib.

"Biz bu paketə veto qoymuruq, çünki başa düşürük ki, o bizim əsas milli maraqlarımızı pozmur", - deyə nazir əlavə edib.

Chosen
86
1
unikal.az

2Sources