Xələf Xələfov İran Prezidentinin müşaviri ilə görüşüb
Ajans.az “Tasnim”ə istinadən xəbər verir ki, Mehdi Sənayi görüş zamanı iki dövlət və xalq arasında olan dərin dostluq əlaqələrinə toxunub, qarşılıqlı səfərləri və əməkdaşlığı münasibətlərin inkişafında dönüş nöqtəsi adlandırıb. “Ümid edirik ki, iki ölkə arasında birgə layihələrin daha sürətli icrasına mane olan problemlər həll olunacaq və bu layihələr dəqiqliklə tamamlanacaq”, – Sənayi bildirib. İran rəsmisi Prezident Məsud Pezeşkianın göstərişinə əsasən, İranın qonşu ölkələrlə, xüsusilə də Azərbaycanla əlaqələrinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.