EN

Azərbaycanın strateji valyuta ehtiyatları artıbVİDEO

Bu ilin sonunda və gələn il inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə illik inflyasiyanın bu il də 6%, gələn il isə 5.7% olacağı gözlənilir.

Mərkəzi Bankın sədri onu da əlavə edib ki, ticarət tərəfdaşı olan ölkələrdəki bahalaşma Azərbaycanda qiymət artımına bu il 3,12 faiz artırıcı təsir göstərib.

Taleh Kazımov həmçinin diqqətə çatdırıb ki, ölkənin strateji valyuta ehtiyatları 14,7% və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollara çatıb.

Sədrin sözlərinə görə, Mərkəzi Bank gələn il neftin 1 barelinin orta qiymətinin 64-65 dollar arasında olacağını proqnozlaşdırıb. Bu, əvvəlki proqnoza nisbətən 0,6 dollar azdır. Gələn il təbii qazın min kubmetrinin orta qiyməti isə 288 dollar proqnozlaşdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


 

Chosen
63
xezerxeber.az

1Sources