EN

Hazırda bu qədər qadın taksi sürücüsü kimi fəaliyyət göstərir - AYNA

Son illər taksi xidməti sahəsində həm texnoloji yeniliklər, həm də nizamlı fəaliyyət nəticəsində əhəmiyyətli keyfiyyət artımı müşahidə olunur. Diqqətçəkən tendensiyalardan biri də qadınların bu peşəyə marağının artmasıdır. Qadın taksi sürücülərinin sayının son illər artması cəmiyyətdəki stereotipləri qırır və yeni iş imkanları yaradır.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bugünədək taksi sürücüsü olmaq istəyən 169 qadın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edərək müvafiq imtahanları uğurla keçib və şəhadətnamə əldə edib.

Chosen
46
7
aznews.az

6Sources