EN

Şahmatçılarımızın ilk rəqibləri bəlli oldu - Dünya Kuboku

Oktyabrın 30-dan noyabrın 27-dək Hindistanın Qoa şəhərində keçiriləcək Dünya Kubokunda Azərbaycan şahmatçılarının ilk rəqibləri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, turnir 1/64 final mərhələsindən başlayacaq.

Bu mərhələdə Aydın Süleymanlı tailandlı Prin Laohavirapap, Əhməd Əhmədzadə hindistanlı qrossmeyster Surya Şexar Qanquli, Nicat Abasov özbəkistanlı Məhəmmədzohid Suyarov, Read Səmədov isə italiyalı Lorenlə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov 1/8 finalda mübarizəyə başlayacaqlar. Məmmədyarovun rəqibi Şon Rodrige-Lemye (Kanada) - Gergeli Kantor (Macarıstan), Məmmədovun isə Rasmus Svane (Almaniya) – Fakundo Vaskes (Uruqvay) duelinin qalibi olacaq.

Chosen
31
2
football-plus.az

3Sources