EN

Vaşinqtondan kritik addım Ukraynaya raket məhdudiyyəti aradan qaldırıldı

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna Silahlı Qüvvələrinin Qərb müttəfiqləri tərəfindən Kiyevə verilən uzaqmənzilli raketlərdən istifadəsinə qoyulmuş əsas məhdudiyyəti aradan qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

“Tramp administrasiyası Ukraynanın bəzi uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb”, – nəşr bildirib.

Qərarın detalları hələ açıqlanmasa da, müşahidəçilər bunu Ukraynanın hərbi əməliyyat imkanlarını genişləndirən və Rusiya ilə qarşıdurmada yeni mərhələyə keçid yaradan addım kimi dəyərləndirirlər.

WSJ qeyd edir ki, bu qərar ABŞ-ın Kiyevə dəstəyinin səviyyəsini artırdığını göstərir və yaxın günlərdə bu istiqamətdə əlavə addımların atılacağı gözlənilir.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
71
globalinfo.az

1Sources