Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.
Yazını böyüt
Yazını kiçilt
Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
Hafta.az xəbər verir ki, Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.
Elmir Əliyev (55 kiloqram) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.
Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kiloqram) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.