EN

Güləşçimiz dünya çempionu oldu, millimiz rekorda İMZA ATDI - FOTO

Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.

Paralel.az Bizim.Media ya istinadən xəbər verir ki , Azərbaycanın daha 2 güləşçisi fəxri kürsüyə qalxıb.
 

Elmir Əliyev (55 kiloqram) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.


Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kiloqram) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabı ilə üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə bir gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb.

Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb. Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, mundiala oktyabrın 27-də yekun vurulacaq.


Chosen
30
10
paralel.az

10Sources