EN

Karl “Bavariya”nın tarixində Çempionlar Liqasında qol vuran ən gənc oyunçu olub

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Bavariya”nın hücumçusu Karl Lenart Münhen klubunun heyətində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.

İdman.Biz bildirir ki, forvard turnirin üçüncü turunda “Brügge” ilə qarşılaşmada qol vurub. Onun yaşı 17 il 8 aydır.

Əvvəlki rekord Samuel Kuffyurə məxsus idi. O, 1994-cü ildə Moskva “Spartak”ının qapısına qol vurmuşdu. Lenart həm də 2007-ci ilin oktyabrında “Srvena Zvezda” ilə UEFA Kuboku matçında qol vuran yarımmüdafiəçi Toni Kroosu bir ay 21 gün qabaqlayaraq, “Bavariya”nın avropkuboklarda ən gənc qolçusu olub.

Karl 2022-ci ilin iyulundan “Bavariya”nın heyətindədir və 15 iyun 2025-ci ildə FİFA Klublararası Dünya Kubokunda “Oklend” ilə oyunda (10-0) klubun heyətində debüt edib.

“Brügge”nin qapısına vurduğu qol forvardın “Bavariya”da debütü topu olub. Bundan əvvəl o, iştirak etdiyi 9 matçda qol vurmayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
12
1
icma.az

2Sources