ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyaya zərbələr endirmək üçün Kiyevin uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.
Axar.az xəbər verir ki, “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Vaşinqton bu addımı Ukraynanın uzaqmənzilli hücumlarını təsdiqləmək səlahiyyətinin bu yaxınlarda Pentaqon rəhbəri Pit Heqsetden NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Aleksus Qrinkeviçə keçməsindən sonra atıb.
Nəşr yazır ki, ABŞ-nin qərarından sonra Ukrayna artıq Britaniyanın tədarük etdiyi "Storm Shadow" raketlərindən istifadə etməklə zərbələri gücləndirib.