EN

NATO yalnız təhdid olduqda Rusiya təyyarələrini vuracaq

BAKI, 23 oktyabr. TELEQRAF

NATO ölkələri üzv dövlətlərin hava məkanını pozan Rusiya təyyarələrini ələ keçirəcək, lakin onları yalnız birbaşa təhlükə yarandığı halda məhv edəcək.

Teleqraf xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rutte "Fox News"ə verdiyi müsahibəsində bildirib.

"Lazım olduğu təqdirdə, NATO bu təyyarələri vura bilər, əgər onlar təhlükə yaradırsa. Əgər onlar təhlükə yaratmırsa, onlar ələ keçiriləcək və sonra ehtiyatla hava məkanından çıxarılacaq", - Rutte deyib.

Chosen
56
teleqraf.com

1Sources