EN

Enerji içkisini əvəz edən təbii qarışım

Alimlər enerji içkisini əvəzləyə biləcək sağlam içkinin hansı olduğunu müəyyən ediblər.

Publika.az xəbər verir ki, şokoladlı süd yorğunluğu aradan qaldıra, həmçinin əzələlərin bərpasını sürətləndirə bilir.

Sinqapurun Nanyanq Texnologiya Universitetinin alimləri belə nəticəyə gəliblər.

Tədqiqat "Nutrients" jurnalında dərc olunub.

Təcrübədə tünd (bitter) və ya ağ şokolad qarışdırılmış süd içdikdən sonra bir sıra qısa, intensiv qaçışlar həyata keçirən 20 könüllü iştirak edib. İçki içdikdən cəmi bir neçə dəqiqə sonra ikinci qrupun iştirakçıları ikinci qaçış seriyasında daha yaxşı nəticələr göstəriblər. Onlar həmçinin daha aşağı yorğunluq indeksi nümayiş etdiriblər.

Chosen
90
publika.az

1Sources