
Hindistanın dövlətə məxsus neft emalı şirkətləri Rusiya ilə neft ticarətinə dair sənədləri yenidən yoxlayır.
Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, bu addım ABŞ-ın “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan sonra Rusiya şirkətlərindən birbaşa yanacaq tədarükünün həyata keçirilmədiyinə əmin olmaq məqsədilə atılır.
 
                        