BAKI, 23 oktyabr. TELEQRAF
Türkmənistan Milli Məclisinin sədri Dünyagözəl Gülmanova Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Türkmənistanla Rusiya arasında əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişaf etdiyini qeyd edərək, tərəfdaşlığın möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıblar.
Danışıqlar zamanı tərəflər beynəlxalq hüquq sahəsində təcrübənin vacibliyini, bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında dialoqu genişləndirməyə hazır olduqlarını bildiriblər.
Parlamentlərarası dostluq qruplarının perspektivləri, komitələr arasında əlaqələrin intensivləşdirilməsi, gənc və qadın deputatlar arasında qarşılıqlı fəaliyyət ayrı-ayrılıqda müzakirə edilib. Milli dəyərlərin qorunub saxlanılması, gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində mütəmadi görüşlər və təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.