BAKI, 23 oktyabr. TELEQRAF
İspaniya hökuməti Ukraynaya ötürülməsi planlaşdırılan ABŞ istehsalı silahların alınmasını maliyyələşdirəcək.
Teleqraf xəbər verir ki, bu barədə "El País" qəzeti məlumat yayıb.
Məlumata əsasən, Madrid NATO müttəfiqlərinin ABŞ silah ehtiyatlarından Ukrayna üçün silah tədarükünü nəzərdə tutan PURL (Prioritized Ukraine Requirements List) təşəbbüsünə qoşulmaq barədə qərar qəbul edib.
 
                        