Bakı. Trend:
Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-də hökumət xərcləri iləbüdcə daxilolmaları arasındakı uçurum sürətlə böyüməyə davamedir.
Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.
Son məlumatlara əsasən, Birləşmiş Ştatların dövlət borcu 38trilyon dolları ötüb.
ABŞ Xəzinəsinin (Maliyyə nazirliyi – red.) son hesabatındadövlət borcunun $38,019,813 təşkil etdiyi qeyd olunur.
Bu göstəriciyə əsasən, Amerikada adambaşına 111,000 dollar borcdüşür.
Bundan əvvəl avqustda təqdim olunan hesabatda dövlət borcunun 37trilyon dolları keçdiyi bildirilirdi. Halbuki 2024-cü ilinnoyabrında borcun həcmi 36 trilyon dollar, həmin ilin iyulunda isə35 trilyon dollar təşkil etmişdi.