EN

BYD "Xiaomi"ni də keçərək ən sürətli elektromobil oldu

BYD şirkəti "Yangwang U9 Xtreme" elektrik hiperkarı ilə yeni rekord müəyyənləşdirib.

FED.az xəbər verir ki, kupe məşhur Nürburqrinq trasında 20.8 kilometrlik dövrəni 6 dəqiqə 59.157 saniyəyə qət edib.

Bu nəticə "Xiaomi SU7 Ultra" sedanından təxminən 6 saniyə daha sürətli olmaqla "Yangwang U9 Xtreme"i Nürburqrinqin ən sürətli elektrik avtomobili edib.

Qeyd edək ki, "Yangwang" kupesi həm də Nürburqrinqdə 7 dəqiqəlik həddi aşan ilk elektrik avtomobili olub. Modelin yalnız 30 ədəd nüsxəsi istehsal ediləcək.

Avtomobil 3 019 at qüvvəli dörd elektrik mühərriki ilə təchiz edilib və 100 km/saat sürəti cəmi 2.36 saniyəyə yığır. Kupenin Çindəki qiyməti 1.8 milyon yuandan (təxminən 430 min manat) başlayır. (Oxu.az)

Chosen
31
2
fed.az

3Sources