EN

Əfqanıstan problemi: Özbəkistan və Britaniya konstruktiv həll axtarır

BAKI, 23 oktyabr. TELEQRAF

Özbəkistan prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmətulla Yerqaşev Böyük Britaniya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq departamentinin direktor müavini Mark Kleyton ilə görüşüb.

Teleqraf xəbər verir ki, söhbət zamanı siyasi, diplomatik, ticari-iqtisadi əməkdaşlıq, təhlükəsizlik, Əfqanıstan üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər ikitərəfli münasibətlərin yüksələn dinamikasını qeyd edib və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatdırılmasında qarşılıqlı maraqlı olduqlarını bildiriblər.

Görüşdə təhlükəsizlik sektorunda əməkdaşlığın praktiki istiqamətləri, o cümlədən Əfqanıstanda sabitliyin təşviqi müzakirə olunub.

Görüş konstruktiv ruhda keçib, Özbəkistan və Böyük Britaniya arasında praktiki əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı maraq ifadə olunub.

Chosen
40
teleqraf.com

1Sources