EN

Dövlət Neft Fondunun qızıl üzrə aktivləri 15%-dən çox artıb

BAKI, 23 iyul. TELEQRAF

Bu ilin 6 ayında Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın payı 32,8% olub.

Teleqraf xəbər verir ki, ümumilikdə Fondun investisiya portfelində 184,8 ton qızıl mövcuddur.

Qeyd edək ki, ötən ilin üçüncü rübündə Fondun investisiya portfelində qızılın payı 57,8 ton və ya 17,7% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Fondun qızıl üzrə aktivləri 66,2 ton və ya 15,4% artım olub.

Chosen
102
teleqraf.com

1Sources