Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan və “Şahdəniz” qaz-kondensat yatağından blokundan 6 880,9 mln. manat vəsait daxil olub.
Bu barədə AzNews.az Neft Fonduna istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 mln. manat həcmində vəsait daxil olub.