EN

"Qarabağ" Çempionlar Liqasında neçəncidir?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turuna yekun vurulub.

Aktual.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ” səfərdə Bilbao "Atletik"i ilə qarşılaşıb. Ağdam təmsilçisi 1:3 hesabı ilə uduzaraq cari mərhələdə ilk dəfə məğlub olub.

Qurban Qurbanovun komandası hazırda turnir cədvəlində 6 xalla 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, ÇL-in Liqa mərhələsində ilk 8 yeri tutan komanda birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanır. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vururlar.

Chosen
21
11
ulusum.az

10Sources