Azpost saytından verilən məlumata görə, ain.az xəbər verir.
2025-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 7 837,7 milyon manat olub.
AzPost bildirir ki, bu barədə Neft Fondunun cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatında deyilir.
Mənfəət neftinin və qazın satışından 7 068,8 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat, akrhesabı ödənişlər 3,6 milyon manat daxil olub.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 6 183,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 697,0 milyon manat məbləğində vəsait daxil olub.
AzPost.az
Paylaş
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.