EN

Ramiz Mehdiyevin daha bir adamı ortaya çıxdı

Ramiz Mehdiyevlə bağlı ortaya yeni bir ad da çıxıb: Heydər Əsədov.

KONKRET.az-a verilən məlumatlara əsasən, Əsədovun karyerasının Mehdiyevə bağlı olduğu iddia edilir.

Mətbuatda illərdir onun sabiq nəqliyyat naziri Ziya Məmmədovla qohumluğu yer alıb. Ziya Məmmədovun isə Ramiz Mehdiyevlə əlaqələri artıq kimsəyə sirr deyil.

Məlumatlarda qeyd edilir ki, Əsədov Mehdiyevin ən yaxın adamlarındandır, deputatlığı Mehdiyev zamanına düşməsə də, bu, Əsədovu Mehdiyev adamı olmaqdan xilas etmir.

Heydər Əsədovun özü ilə əlaqə saxlamağa cəhd etdik. İlk zəngimizdə telefonu açan Əsədov guya səsimizi eşitməyərək “alo, alo” deyib söndürdü. Növbəti zənglərimizdə isə telefon qapadıldı.

Chosen
23
1
konkret.az

10Sources