Ajans.az xəbər verir ki, qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da Naxçıvan şəhəri Atabəylər, Babək, Z.Əliyeva məhəllələri, H.Aslanov küçəsi, həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərinə suyun verilişi dayandırılacaq.
Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.