EN

"Qarabağ" ilk məğlubiyyəti ilə vətənə qayıtdı - Video

"Qarabağ" futbol komandası  Bakıya məğlubiyyətlə qayıdıb. 

News24.az xəbər verir ki, Azərbaycan çempionu Çempionlar Liqasının Əsas Liqa mərhələsinin III tur - "Qarabağ" - "Atletik" qarşılaşmasında 3:1 hesabla məğlub olaraq vətənə dönüb. 

Bu "Qarabağ"ın bu il keçirilən Çempionlar Liqasının əsas mərhələsinin oyunlarında ilk məğlubiyyətidir. 

"Köhlən atlar" oyunun ilk dəqiqələrində Leandro Andradenin vurduğu qolla hesabı üstələsə də, rəqib 3 qol vuraraq qalib olub. 

Qeyd edək ki, "Qarabağ" noyabrın 5-də Tofiq Bəhrəmov adına Respublika stadionunda İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edəcək. 


Xeyrənsə Piriyeva


Chosen
80
news24.az

1Sources