EN

Ramiz Mehdiyevə yeni ittihamlar verilir ÖZƏL

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Barəsində Cinayət Məcəlləsinin 3 maddəsi ilə cinayət işi başlanan PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə yeni ittihamlar  elan olunacaq.

Gununsesi.info-nun xəbərinə görə, Ramiz Mehdiyevə bu dəfə CM-nin 308 (Vəzifə səkahiyyətlərindən sui-istifadə), 308-1 (Dövlət büdcəsinin , məqsədli büdcə fondlarının və ya büdcədənkənar  dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham elan olunacaq.

Xatırladaq ki, Ramiz Mehdiyev DTX-nın İstintaq Baş İdarəsində CM-nin   193-1. (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 274 (Dövlətə xəyanət) və  278-ci  (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələrində nəzərdə tutulan cinayətlərdə günahlandırılır.

Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Elmar

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
icma.az

1Sources