EN

Həkimlər insultun əsas əlamətlərinisadaladı

Ufa şəhər klinik xəstəxanasının (№5) mütəxəssisləri insultun əsas əlamətləri barədə məlumat veriblər.

Redaktor.az xəbər verir ki, bu barədə həkimlər UfaTime.ru-ya açıqlama veriblər.

Onların sözlərinə görə, insultun ilkin simptomlarından biri nitqdə problemlərin yaranmasıdır - insanın sözləri düzgün tələffüz edə bilməməsi və ya başqalarının dediklərini anlamasında çətinlik çəkməsi mümkündür. Bundan əlavə, qəfil başgicəllənmə, tarazlığın itməsi, bədənin bir tərəfində keylik və ya zəiflik də bu vəziyyətin əlamətləri ola bilər.

Mütəxəssislər əlavə ediblər ki, insultun digər göstəricilərindən biri qəfil görmə qabiliyyətinin pisləşməsidir. Bu zaman gözlərdə qaralma, ikiləşmə və ya görüntünün bulanıqlaşması müşahidə oluna bilər. Həkimlərin sözlərinə görə, aydın səbəb olmadan baş verən qəfil və çox güclü baş ağrısı da insultun əsas simptomlarından biridir.

Aytəkin TOFİQQIZI

Chosen
65
1
redaktor.az

2Sources