EN

Paşinyan: "Azərbaycan Prezidentinin qərarını bir daha alqışlayıram"

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında ölkəsinin tədricən blokadadan çıxdığını bəyan edib.

Paşinyan deyib: "Artıq iki gündür ki, Azərbaycanın Ermənistana ixraca qoyulan məhdudiyyətləri aradan qaldırılması ilə bağlı açıqlaması müzakirə olunur. Beynəlxalq səviyyədə - Tbilisidə keçirilən "İpək Yolu" konfransı zamanı mən Azərbaycan Prezidentinin bu qərarına görə minnətdarlığımı bildirdim və bu qərarını alqışladım. Eynisini burada da etmək istəyirəm, çünki bu, çox mühüm qərardır".

Paşinyanın sözlərinə görə, bu qərar Vaşinqton bəyannaməsinin və əldə olunan razılaşmaların bəzilərinin təsvir etməyə çalışdığı kimi sadəcə sözlər yox, konkret nəticə verən sənədlər olduğunu nümayiş etdirir.

Hürr Tərcüman

Chosen
115
hurriyyet.az

1Sources