EN

“Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folkloru”

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

20-22 oktyabr tarixlərində Albaniya Respublikasının Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası İncəsənət, Mədəniyyət, Tarix və Folkloru” mövzusunda V Beynəlxalq Konfrans və sərgi keçirilib.

Konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belorusiya, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.

Tədbirdə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Qədim Qəbələ – UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər", Quba şəhərində " Soyqırım Memorial Kompleksi"nin direltoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Böyük Ermənistan xülyası” uğrunda daşnak erməniləri tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilən Quba soyqırımı (aprel–may 1918-ci il)", "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyeva "Damcılı mağara düşərgəsində arxeoloji təkamül və mədəni davamlılıq", "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev "Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqi", "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva "Çıraqqala: tarixi-arxeoloji tədqiqatlar və bərpa–konservasiya təhlilləri" mövzularında məruzə ediblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
3
2
xalqqazeti.az

3Sources