EN

Rusiyada fabrikdə baş verən partlayışda 9 nəfər həlak olub

Ajans.az xəbər verir ki,bu barədə vilayətin qubernatoru Aleksey Teksler özünün Telegram kanalında məlumat verib. “Hazırda doqquz ölüm faktı təsdiqlənib. Beş nəfər yaralanıb, həkimlər onların vəziyyətini stabilləşdirmək üçün bütün lazımi tədbirləri görür. İtkin düşənlərlə bağlı məlumatlar yenilənir”, – qubernator bildirib. Teksler partlayışın adı açıqlanmayan zavodda baş verdiyini təsdiqləyib, lakin müəssisənin adını və hadisənin səbəblərini açıqlamayıb. Qubernatorun sözlərinə görə, hazırda pilotsuz uçuş aparatlarının (PUA) hadisəyə müdaxiləsi ilə bağlı versiya təsdiqlənməyib, lakin istintaq bu istiqamətdə də araşdırma aparır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış silah və sursat istehsal edən “Plastmas” zavodunun yaxınlığında baş verib. Yerli sakinlərdən biri partlayışdan əvvəl üç pilotsuz təyyarənin bölgəyə yaxınlaşdığını göstərən video yayıb. İlkin məlumatlara əsasən, partlayışdan sonra ərazidə PUA hücumu təhlükəsi barədə xəbərdarlıq edilib. Hadisənin dəqiq səbəbləri və zərərin miqyası hələlik müəyyənləşdirilməyib. Hadisə yerinə fövqəladə xidmətlər, xilasedicilər və istintaq qrupları cəlb olunub.

 

Chosen
41
Ajans.az

1Sources