AzVision.az xəbər verir ki, Ryazan vilayətinin qubernatoru Pavel Malkov öz Telegram-kanalında belə məlumat yayıb.
“PUA-ların düşən qalıqları müəssisələrdən birində yanğına səbəb olub. İlkin məlumata görə, xəsarət alan yoxdur, maddi ziyan hesablanır”,- qubernator yazıb.
RusiyaTelegram-kanallarının məlumatına görə, pilotsuz təyyarə hücumu Ryazan Neft Emalı zavodunu hədəf alıb. Müəssisənin yaxınlığında baş verən partlayışlardan sonra hüquq-mühafizə orqanları obyektə girişi bağlayıb.
Videogörüntülərə əsaslanan ukraynalı ekspertlər neft emalı zavodunda yanğının katalitik krekinq və hidrotəmizləmə qurğusunun yaxınlığında baş verdiyini müəyyənləşdiriblər.
Hesabatda neft emalı zavodunun son vaxtlar yalnız bir böyük qurğu ilə işlədiyi xatıladılır. Onlar həmin qurğunun da bu gecə məvh edildiyi ehtimalını irəli sürərək, zavodun “işinin bitirildiyini” düşünürlər.
“Rosneft” şirkətinə məxsus olan Ryazan Neft Emalı zavodu onun ən böyük müəssisəsi kimi ildə 13,8 milyon ton xammal emal edir. Digər ərazilərlə yanaşı, Moskva vilayətinin də yanacaqla təminatında əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, oktyabrın 23-nə keçən gecə Rusiya vəUkraynabir-birinin ərazilərinə zərbələr mübadiləsi aparıblar.
Sahil İsgəndərov
AzVision.az