EN

Gələn il keçmiş məcburi köçkünlərin sosial müdafiəsinə ayrılacaq məbləğ açıqlanıb

Bakı. Trend:

Gələn il keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulanşəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə növbəti ilindövlət büdcəsində 285 milyon manat ayrılması proqnozlaşdırılır.

Trend-inməlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı ildövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihədə, o cümlədən vahid aylıq müavinətin verilməsi üçün 252milyon manat, kommunal xidmətlərin haqqının dövlət büdcəsininvəsaiti hesabına ödənilməsi üçün 17,5 milyon manat, digər tədbirlərüçün isə 15,5 milyon manat vəsait nəzərdə tutulur.

Məqalədə:
Chosen
73
4
az.trend.az

5Sources