EN

Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

2026-cı ildə Azərbaycanın dövlət büdcəsində "Bakı Metropoliteni" QSC-yə 40 milyon manat dotasiya ayrılması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 12,3 milyon manat və yaxud 44,6 % çoxdur.

Məqsəd sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsidir.

açar sözlər: 2026-cı il Azərbaycan dövlət büdcəsi Bakı Metropoliteni QSC dotasiya 40 milyon manat büdcə layihəsi 2025-ci il müqayisəsi 446% artım sərnişindaşıma xidməti tarif fərqi zərərin qarşılanması
Chosen
26
12
marja.az

10Sources