EN

Rafael Qrossidən İranla bağlı HƏYƏCANLI AÇIQLAMA: 10 nüvə bombası...

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nüvə materialları ilə bağlı narahatlıq doğuran açıqlama verib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, İranda təxminən 400 kiloqram yüksək zənginləşdirilmiş, 60% saflıqda uran saxlanılır.

Qrossi qeyd edib ki, bu miqdar daha yüksək səviyyəyə zənginləşdirilərək, təxminən 10 nüvə bombası üçün kifayət qədər material əldə etmək mümkündür.

O vurğulayıb ki, mövcud mənbələr beynəlxalq nəzarət və diplomatiya üçün ciddi çağırış yaradır.

Musavat.com

Chosen
134
musavat.com

1Sources