EN

Azərbaycanda 2030-cu ilə qədər neft hasilatı üzrə proqnozlar verilib

Bakı. Trend:

Ölkədə neft hasilatının tədricən azalacağı gözlənilir.

Trend-in məlumatına görə, bu məsələ “AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanunlayihəsində öz əksini tapıb.

2023-cü ildə neft hasilatı 30,1 milyon ton təşkil edib, 2024-cüildə isə bu göstərici 29,1 milyon tona düşüb ki, bu da əvvəlki illəmüqayisədə 3,3 faiz azalma deməkdir.

2025-ci il üçün olan proqnoz 28,5 milyon ton səviyyəsindədir ki,bu da 2024-cü illə müqayisədə 2,1 faiz azdır.

2026-cı ildə hasilatın 27,6 milyon ton səviyyəsində olacağı(2025-ci illə müqayisədə 3,2 faiz az), 2027-ci ildə 27,1 milyon ton( 2026-cı illə müqayisədə - 1,8 faiz), 2028-ci ildə isə 26,6 milyonton (2027-ci illə müqayisədə -1,8 faiz) olacağı gözlənilir.

Bununla yanaşı, 2029-cu ildə hasilatın 27,4 milyon tonayüksələcəyi proqnozlaşdırılır ki, bu da 2028-ci illə müqayisədə 3faiz çoxdur. Beləliklə, 2025–2028-ci illərdə hasilatın azalmasındansonra 2029-cu ildə orta səviyyədə bərpa gözlənilir.

“2026-2028-ci illərdə isə neft və əmtəəlik qaz hasilatı üzrəazalma proqnozları neft-qaz sektorunun azalmasına səbəb olacaqdır.Lakin 2029-cu ildə Abşeron yatağının tam miqyaslı işlənilməsihesabına neft və əmtəəlik qaz hasilatında gözlənilən artımlarümumilikdə neft-qaz sektorunun dinamikasına müsbət töhfəverəcəkdir.”,-deyə büdcə layihəsində deyilir.

Məqalədə:
Chosen
144
az.trend.az

1Sources